Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiyanın Ukraynaya zərbələri nəticəsində 3 nəfər ölüb, onlarla insan xəsarət alıb
Rusiyanın Ukraynaya zərbələri nəticəsində 3 nəfər ölüb, onlarla insan xəsarət alıbBu gün, 10:14 |
|
Rusiya qoşunlarının Odessanı atəşə tutması nəticəsində 3 nəfər ölüb. Şəffaflıq.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib. "Hücum nəticəsində 3 nəfər həlak olub. Daha 3 nəfər yaralanıb", - S.Lısak vurğulayıb. Qeyd edilib ki, Sumı vilayətinə gecə saatlarında endirilən zərbələr nəticəsində 17 nəfər xəsarət alıb. Bundan başqa, Nikolayev vilayətinə endirilən zərbələr nəticəsində 9 nəfər yaralanıb. Geri qayıt |