Əsas Səhifə > İnfrastruktur > Bakıda 172 nömrəli marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir

Bakıda 172 nömrəli marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir


Bu gün, 12:28


Bakıda 172 nömrəli marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Bu barədə Şəffaflıq.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, iyulun 14-16-da Bilgəh qəsəbəsinin Respublika küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 172 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) - Bilgəh-Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə təşkil ediləcək.


Geri qayıt