Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Zaporojyeyə zərbələr endirib, 16 nəfər yaralanıb

Rusiya Zaporojyeyə zərbələr endirib, 16 nəfər yaralanıb


Bu gün, 10:03


Rusiya Silahlı Qüvvələri çərşənbə axşamı səhərə qədər Ukraynanın Zaporojye vilayətinin 54 yaşayış məntəqəsinə 1 000-dən çox zərbə endirib və nəticədə 16 nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov teleqram kanalında məlumat verib.

"Ümumilikdə son sutka ərzində işğal qüvvələri Zaporojye vilayətinin 54 yaşayış məntəqəsinə 1 011 zərbə endirib. Düşmənin Zaporojye və Zaporojye rayonuna hücumları nəticəsində aralarında bir uşağın da olduğu 16 nəfər yaralanıb", - o bildirib.

İ.Fedorov dəqiqləşdirib ki, gecə ərzində Rusiya ordusu vilayətə 17 aviasiya zərbəsi endirib.

Bundan əlavə, müxtəlif modifikasiyalı 691 pilotsuz uçuş aparatının uçuşu qeydə alınıb.


Geri qayıt