Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsrail bir neçə vətəndaşının Suriyaya qanunsuz giriş cəhdinin qarşısını alıb

İsrail bir neçə vətəndaşının Suriyaya qanunsuz giriş cəhdinin qarşısını alıb


Bu gün, 09:48


İsrail hərbçiləri ölkənin bir qrup vətəndaşının Holan yüksəkliklərində Suriya ilə sərhədi qanunsuz keçmək cəhdinin qarşısını alıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti xəbər verib.

"Bugünlərdə İsrailin bir neçə mülki vətəndaşı Suriya ərazisinə keçmək niyyətilə Holan yüksəkliklərinə daxil olub. Ərazidə olan İsrail hərbçiləri onların hərəkətini dayandırıb və saxlayıb, sonra isə əlavə araşdırma üçün İsrail polisinə təhvil veriblər", - rəsmi açıqlamada deyilir.

Mətbuat xidmətinin nümayəndəsi vurğulayıb ki, İsrailin Müdafiə Ordusu bu hadisəni qətiyyətlə pisləyir, onu mülki əhalinin təhlükəsizliyini təhlükə altına qoyan və ordunun əməliyyat fəaliyyətinə mane olan cinayət əməli kimi təsnif edir.


Geri qayıt