Əsas Səhifə > Hadisə > Yasamalda kişi yol-nəqliyyat hadisəsi zamanı ölüb

Yasamalda kişi yol-nəqliyyat hadisəsi zamanı ölüb


Bu gün, 09:20


Yasamalda ölümlə nəticələnən yol qəzası olub.

Şəffaflıq.az xəbər verir ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Əlizadə Rüstəm Nizami oğlu xəsarət alıb.

Xəsarətlərlə xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Geri qayıt