Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İspaniyada meşə yanğınında 12 nəfər ölüb

İspaniyada meşə yanğınında 12 nəfər ölüb


Bu gün, 16:49


İspaniyada meşə yanğınında 12 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Almeriya vilayətindəki Los-Qalyardosda baş verən meşə yanğınında ən azı 12 nəfər həlak olub, altı sakin isə yaralanıb", - məlumatda bildirilib və əlavə edilib ki qurbanlardan bəziləri yanan avtomobillərin içərisində tapılıb.

Şahidlər yanğının qırılmış elektrik xətti səbəbindən baş verdiyini və alovun sürətlə yaxınlıqdakı meşəlik əraziyə yayıldığını deyirlər. Səlahiyyətlilər isə yanğının səbəbini təsdiqləməyiblər.

Fövqəladə hallar xidmətlərinin məlumatına görə, yanğın həmçinin yolların bağlanmasına səbəb olub, 1000 sakin təxliyə edilib.


Geri qayıt