Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsrail ordusu HƏMAS komandirinin öldürüldüyünü bildirib
İsrail ordusu HƏMAS komandirinin öldürüldüyünü bildiribBu gün, 16:47 |
|
Qəzza zolağının cənubunda İsrailin endirdiyi zərbə nəticəsində HƏMAS-ın hücrələrindən birinin komandiri Yəhya Səid Məhəmməd Həmdan öldürülüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib. "Zərbə nəticəsində "Nuxba" hücrəsinin komandiri Yəhya Səid Məhəmməd Həmdan öldürülüb. Son vaxtlar Həmdan İsrail ordusuna qarşı terror aktı planları hazırlayıb. O, bu bölgədə fəaliyyət göstərən qüvvələrimiz üçün birbaşa təhlükə təşkil edirdi", - məlumatda bildirilib. Geri qayıt |