Əsas Səhifə > XARİCİ XƏBƏR > WSJ: İran Trampa qarşı sui-qəsd hazırlaya bilər
WSJ: İran Trampa qarşı sui-qəsd hazırlaya bilərBu gün, 09:21 |
|
İsrail İranın Ağ Ev rəhbəri Donald Trampa qarşı sui-qəsd hazırlaya biləcəyi ilə bağlı ABŞ administrasiyasına kəşfiyyat məlumatları verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb. Nəşrin məlumatına görə, İsrail tərəfi Amerika hakimiyyətinə Tehranın ehtimal edilən planları barədə məlumat təqdim edib. Bununla belə, bu məlumatların nə vaxt və hansı kanallarla ötürüldüyü dəqiqləşdirilmir. Qəzet qeyd edir ki, 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən (3 yanvar 2020-ci il) sonra İran nümayəndələri Donald Trampdan qisas almaq niyyətlərini dəfələrlə bəyan ediblər. Nəşrdə həmçinin xatırladılır ki, son bir il ərzində ABŞ-də Amerika liderinə qarşı bir neçə sui-qəsd cəhdinin qarşısı alınıb, lakin WSJ bu hadisələrin İranla əlaqəsinə dair sübut gətirmir. Geri qayıt |