Əsas Səhifə > XARİCİ XƏBƏR > Venesuelada zəlzələ qurbanlarının sayı artıb

Venesuelada zəlzələ qurbanlarının sayı artıb


Bu gün, 09:18


Venesuelada baş vermiş güclü zəlzələlər nəticəsində ölənlərin sayı 3 899-a çatıb, 16 740 nəfər isə yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib.

Onun sözlərinə görə, 86 794 ailəyə artıq humanitar yardım çatdırılıb, 16 892 ailə 89 müvəqqəti düşərgədə yerləşdirilib.

Vəziyyət fövqəladə olaraq qalır, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 24 milyon dollar lazımdır. Bu məbləğin təxminən 9 milyon dolları toplanıb.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib.

İyulun 8-də Venesuelada zəlzələ qurbanlarının sayının 3 685 nəfərə çatdığı qeyd olunub.


Geri qayıt