Əsas Səhifə > XARİCİ XƏBƏR > Barak Ravid: ABŞ ilə İran arasında danışıqlar davam etdirilir

Barak Ravid: ABŞ ilə İran arasında danışıqlar davam etdirilir


Bu gün, 09:10


ABŞ ilə İran arasında gərginliyə baxmayaraq, Ağ Ev rəhbəri Donald Trampın administrasiyası Tehranla həll yolu tapmağa çalışır və ölkələr arasında texniki danışıqlar davam etdirilir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ rəsmisinə istinadən "Axios"un jurnalisti Barak Ravid "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Tramp administrasiyası nüvə sazişinin əldə olunması üçün hələ də həll yolu tapmağa sadiqdir və texniki danışıqlar davam edir", - o yazıb.

B. Ravid amerikalı rəsminin sözlərindən sitat gətirib: "Tramp dünən öz mövqeyini aydın şəkildə ifadə edib. Belə ki, İranın gəmilərə hücumları terror aktıdır.

Memorandum öhdəliklərin yerinə yetirilməsinə əsaslanır və İranın addımları razılaşmaya uyğun deyil".


Geri qayıt