Əsas Səhifə > REGİON > İranın hərbi obyekti iki dəfə hücuma məruz qalıb

İranın hərbi obyekti iki dəfə hücuma məruz qalıb


Bu gün, 09:03


İranın strateji liman şəhəri olan Kənarakda Hərbi Dəniz Qüvvələrinin (HDQ) obyekti iki mərhələdə hücuma məruz qalıb.

Şəffaflıq.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Məhəmməd Yunis Həqqani məlumat yayıb.

"Axşam saatlarında bu ərazi düşmən (ABŞ) qırıcıları tərəfindən iki mərhələdə hücuma məruz qalıb", - o bildirib.

Həqqani əlavə edib ki, təhlükəsizlik qüvvələri hadisə yerindədir:

"Hazırda bu hücumla bağlı araşdırma aparılır."

Daha əvvəl Buşehrdə partlayış səsləri eşidilib, Bəndər Abbas, Qeşm, Sirik və Cask limanlarının hücuma məruz qalması isə təkzib edilib.


Geri qayıt