Əsas Səhifə > FUTBOL > "Sumqayıt" Futbol Klubunun yeni baş məşqçisi məlum olub.

"Sumqayıt" Futbol Klubunun yeni baş məşqçisi məlum olub.


Dünən, 22:53


"Sumqayıt" Futbol Klubunun yeni baş məşqçisi məlum olub.

Şəffaflıq.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalanıb.

Bu gün klubun təsisçisi və baş sponsoru olan "Azərikimya" İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib, qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.

Filipe Kandido bu gün həmçinin klubun infrastrukturu ilə tanış olub. O, komandanın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna və "SOCAR Polymer" təlim-məşq mərkəzinin meydançalarına baş çəkib.

Qeyd edək ki, Filipe Kandido futbolçu karyerası ərzində Portuqaliyanın "Sportinq" və İspaniyanın "Real" komandalarında çıxış edib.


Geri qayıt