Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiq edilib

Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiq edilib


Dünən, 22:41


Nazirlər Kabineti "Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları"nı təsdiq edib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Binaların enerji effektivliyinə dair pasportlaşdırma prosesində Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 saylı Qərarı əsasında təsdiq olunmuş "Binalar üçün minimum enerji effektivliyi Normaları"nda təsbit edilmiş enerji effektivliyi sinifləri, həmçinin binalarda enerji istehlakının hesablanması metodologiyası əsas götürüləcək. Göstərilən yaşayış və qeyri-yaşayış təyinatlı binaların enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyır. Pasportlaşdırılması məcburi hesab edilməyən digər bina və tikililərin enerji effektivliyi pasportu isə həmin binanın (tikilinin) mülkiyyətçisi və ya idarəedicisi tərəfindən könüllü qaydada əldə olunur.


Geri qayıt