Əsas Səhifə > SAĞLAMLIQ > İlin ilk yarısında apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı alınıb
İlin ilk yarısında apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı alınıbBu gün, 13:42 |
|
Azərbaycanda yanvar-iyun aylarında yararlıq müddəti bitmiş, saxlanma şərtlərinə riayət edilməyən və dövlət qeydiyyatı olmayan 157 adda, ümumilikdə 418 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb. Bu barədə Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, sözügedən dövrdə aparılan nəzarət tədbirləri çərçivəsində 107 əczaçılıq müəssisəsində ciddi nöqsanlar aşkarlanıb. Nöqsanlara yol verən müəssisə sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub. Şəffaflıq.az Geri qayıt |