Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > DOST Agentliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürdü
DOST Agentliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürdü23-03-2020, 15:49 |
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi də öz dəstəyini göstərdi. Şəffaflıq.az xəbər verir ki, DOST Agentliyi dövlət başçısının Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürdü. Agentliyin kollektivi əmindir ki, qlobal pandemiyanın respublikamızda yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən aparılan ciddi proflaktik və preventiv tədbirlər öz uğurlu nəticəsini verəcəkdir. Geri qayıt |