Əsas Səhifə > REGİON > Xameninin vida mərasimində 48 mindən çox şəxsə tibbi yardım göstərilib

Xameninin vida mərasimində 48 mindən çox şəxsə tibbi yardım göstərilib


Dünən, 23:20


İranın mərhum ali rəhbəri Əli Xameneinin vida mərasimində 48 mindən çox şəxsə tibbi yardım göstərilib.

Şəffaflıq.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Cəfər Miadfar məlumat yayıb.

Məlumata görə, iyulun 5-i saat 12:00-dan 16:00-dək ümumilikdə 48 804 nəfər təşkilatın xidmətlərindən yararlanıb:

"Müraciət edənlərdən 18 222 nəfər səyyar tibb məntəqələrində yardım alıb. Onlardan 54 nəfər xəstəxanaya yerləşdirilib, 63 nəfər üzərində ambulator cərrahi müdaxilə aparılıb, 18 mindən çox şəxs ambulator müalicə alıb, 5 min nəfərə isə infuzion terapiya (zərdab) tətbiq edilib".

Miadfar qeyd edib ki, daha 328 nəfər ixtisaslaşmış xəstəxanalara müraciət edib. Onlardan 107 nəfər stasionar müalicəyə qəbul olunub, iki cərrahi əməliyyat həyata keçirilib, digər şəxslər isə müalicədən sonra evə buraxılıb.

Təşkilat rəhbəri əlavə edib ki, 30 254 nəfər təcili tibbi yardım briqadalarına müraciət edib. Onlardan 217 nəfər xəstəxanalara təxliyə olunub.


Geri qayıt