Əsas Səhifə > XARİCİ XƏBƏR > Ukrayna Rusiya ərazisində Omsk NEZ-in vurulduğunu bildirib

Ukrayna Rusiya ərazisində Omsk NEZ-in vurulduğunu bildirib


Dünən, 22:58


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisindəki Omsk neft emalı zavodunun (NEZ) vurulduğu barədə məlumat verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə hərbi qurumun "Facebook" sosial şəbəkəsindəki məlumatında bildirilib.

"Bu gün Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Ukraynanın dövlət sərhədindən təxminən 2500 km məsafədə yerləşən Omsk NEZ-i vurub", – məlumatda bildirilib.

Qeyd olunub ki, bu, ukraynalı hərbçilər tərəfindən vurulan Rusiyadakı 11 ən böyük benzin istehsalçısından sonuncusudur.

"Ərazidə zərbə və ardınca yanğın qeydə alınıb, dəymiş ziyanın miqyası dəqiqləşdirilir. İlkin məlumata görə, layihə gücü ildə 8,4 milyon ton neft olan ELOU-AVT-11 neft emalı qurğusu vurulub", – Baş Qərargahdan bildirilib.

Omsk vilayətinin qubernatoru Vitali Xotsenko NEZ-ə endirilən zərbəni təsdiqləyib.

"Ukrayna dronları Omsk NEZ-ə hücum edib, ilkin məlumata görə ölən və xəsarət alan yoxdur", - o qeyd edib.


Geri qayıt