Əsas Səhifə > SİYASƏT > "Gənc xilasedici" XII beynəlxalq yarışının qalibləri mükafatlandırılıb.-FOTO
"Gənc xilasedici" XII beynəlxalq yarışının qalibləri mükafatlandırılıb.-FOTODünən, 23:10 |
|
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Qəbələ şəhərində təşkil olunan "Gənc xilasedici" XII beynəlxalq yarışının və "Gənc xilasedici və yanğınsöndürən" XIII ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Qəbələ Mədəniyyət Mərkəzində baş tutan mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, digər rəsmilər, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər. Yarışlarda komandalar "Maneələr zolağı", "Kombinə edilmiş yanğın estafeti", "Axtarış-xilasetmə işi" mərhələlərində, həmçinin "Mənim ölkəm, mənim komandam" müsabiqəsində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Özbəkistan, üçüncü yeri Belarus komandası tutub. Ümumrespublika birinciliyində isə İsmayıllı komandası qalib gəlib. Naxçıvan Muxtar Respublikası ikinci, Qusar komandası isə üçüncü yerə layiq görülüb.
Geri qayıt |