Əsas Səhifə > Hadisə > Ağsuda yaşadığı ünvanda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs həbs olunub
Ağsuda yaşadığı ünvanda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs həbs olunubDünən, 11:51 |
|
Ağsuda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs həbs olunub. Şəffaflıq.az xəbər verir ki, narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb. Onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, A.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Geri qayıt |