Əsas Səhifə > XARİCİ XƏBƏR > Tramp: ABŞ Xameneinin dəfn mərasimi ilə bağlı İranla danışıqları dayandırıb
Tramp: ABŞ Xameneinin dəfn mərasimi ilə bağlı İranla danışıqları dayandırıbDünən, 11:11 |
|
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana İslam Respublikasının Ali lideri Əli Xameneinin dəfn mərasimi ilə bağlı danışıqlara bir həftəlik fasilə verdiyini açıqlayıb. Şəffaflıq.az-ın məlumatına görə, Amerika lideri bu barədə 4 iyulda qeyd olunan ABŞ-nin Müstəqillik Günü münasibətilə Cənubi Dakotada çıxışında deyib. "Onlar razılaşma əldə etməyə can atırlar. Onlar cidd-cəhdlə razılaşma istəyirlər. Biz onlara dəfn mərasimi üçün bir həftəlik fasilə vermişik", - Tramp deyib. Xatırladaq ki, İranın mərhum Ali lideri Əli Xamenei ilə vida mərasimi Tehranda iyulun 3-də başlayıb. Dəfn mərasimi 9 iyulda ayətullahın doğulduğu Məşhəddə keçiriləcək. Geri qayıt |