Əsas Səhifə > REGİON > İranda mərhum Ali dini rəhbər Əli Xamenei ilə vida mərasimi davam edir.
İranda mərhum Ali dini rəhbər Əli Xamenei ilə vida mərasimi davam edir.Dünən, 11:00 |
|
İranda mərhum Ali dini rəhbər Əli Xamenei ilə vida mərasimi davam edir. Şəffaflıq.az xəbər verir ki, mərasim Tehranın ən böyük dini kompleksi olan Mosallada keçirilir. Mərasimi 67 min hərbçi və könüllü müşayiət edir. Vida mərasimini 67 min hərbi qulluqçu və könüllü müşayiət edir. Qeyd edək ki, dünən keçirilmiş vida mərasimində də bir sıra ölkələrin rəsmiləri iştirak edib. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Həmin gün Əli Xamenei zərbələr nəticəsində ölüb. Tehran hücumlara cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Geri qayıt |