Əsas Səhifə > XARİCİ XƏBƏR > Tramp Bayden administrasiyası dövründə məhkum olunmuş altı nəfəri əfv edib

Tramp Bayden administrasiyası dövründə məhkum olunmuş altı nəfəri əfv edib


Dünən, 10:44


ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Co Bayden dövründə irəli sürülən ittihamlarla həbs cəzası çəkən və ya çəkmək üzrə olan altı şəxsi əfv edən sərəncam imzalayıb.

Şəffaflıq.az-ın məlumatına görə, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində bildirib.

"Bayden administrasiyası dövründə təqib olunan, avtomobillərini təmir etdiklərinə görə həbs cəzası çəkən və ya çəkmək üzrə olan altı şəxsi əfv edən sərəncamı imzalamaqdan böyük şərəf duyuram", - Tramp yazıb.

ABŞ Prezidenti həmçinin sələfini ölkə qanunlarından vətəndaşlara təzyiq göstərmək üçün vasitə kimi istifadə etməkdə təqsirləndirib və Bayden administrasiyasının hərəkətlərini ağılsızlıq adlandırıb.


Geri qayıt