Əsas Səhifə > XARİCİ XƏBƏR > Serbiyanın XİN rəhbəri Aİ nümayəndəsi ilə Kosovo və Metoxiyadakı vəziyyəti müzakirə edib
Serbiyanın XİN rəhbəri Aİ nümayəndəsi ilə Kosovo və Metoxiyadakı vəziyyəti müzakirə edibDünən, 09:40 |
|
Serbiyanın xarici işlər naziri Marko Curiç iyulun 3-də Brüsseldə Avropa İttifaqının (Aİ) Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Peter Sorensenlə Kosovo və Metoxiyadakı vəziyyət, eləcə də regiondakı prosesləri müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, M.Curiç Belqradın Priştina ilə dialoqa sadiq olduğunu vurğulayıb. Nazir Priştinadakı uzunmüddətli siyasi qeyri-sabitliyə baxmayaraq, yüksək səviyyəli dialoqun tezliklə bərpa olunması üçün şəraitin yaranacağına ümid etdiyini bildirib. O vurğulayıb ki, dialoqun növbəti mərhələsində əsas diqqət ilk növbədə indiyədək əldə edilmiş razılaşmaların tam icrasına yönəldilməlidir. M.Curiç xatırladıb ki, Priştinanın maneələri və Brüssel Sazişi ilə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməkdən yayınması səbəbindən hələ də Serb Bələdiyyələri Birliyi yaradılmayıb: "Serbiyanın birmənalı mövqeyinə görə, Serb Bələdiyyələri Birliyinin yaradılması prioritet olaraq qalır, Kosovo və Metoxiyada serb xalqının institusional imkanlarının gücləndirilməsi, həmçinin onun kollektiv hüquqlarının qorunması üçün əsas çərçivə hesab olunur". Geri qayıt |