Əsas Səhifə > FUTBOL > DÇ-2026: Meksika - İngiltərə oyunu ildırım səbəbindən təxirə salına bilər
DÇ-2026: Meksika - İngiltərə oyunu ildırım səbəbindən təxirə salına bilərDünən, 09:35 |
|
FİFA əlverişsiz hava şəraiti səbəbindən DÇ-2026-nın Meksika və İngiltərə milliləri arasında keçiriləcək 1/8 final matçını təxirə salmağı nəzərdən keçirir. Şəffaflıq.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qarşılaşma Mexiko şəhərindəki "Asteka" stadionunda keçiriləcək. Matçın iyulun 6-na keçən gecə, Bakı vaxtı ilə saat 03:00-da başlaması planlaşdırılır. Mənbənin məlumatına görə, oyunun başlama vaxtı yerli vaxtla saat 21:00-a təxirə salına bilər. Lakin hələ yekun qərar verilməyib. Geri qayıt |