Əsas Səhifə > SİYASƏT > Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb


Bu gün, 16:39


Fəaliyyətə başladığı tarixdən indiyədək Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə təxminən 86 milyard kubmetr qaz Türkiyəyə ixrac olunub.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 19 il ötür. Kəmər vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağından əldə olunan təbii qaz Türkiyə bazarına nəql olunur.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Şəffaflıq.az


Geri qayıt