Əsas Səhifə > İnfrastruktur > Sirab kəndində subartezian su xəttinin 300 metrlik hissəsi yenilənəcək
Sirab kəndində subartezian su xəttinin 300 metrlik hissəsi yenilənəcəkBu gün, 14:59 |
|
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində subartezian su xəttinin ümumilikdə 300 metrlik hissəsinin yenilənməsi nəzərdə tutulur. Bu bardə Şəffaflıq.az Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə istinadən xəbər verir. Bildirilib ki, Sirab kəndində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə subartezian su xəttinin yenilənməsi işləri aparılır. Hazırda görülən işlər çərçivəsində istismar müddətini başa vurmuş aşağı təzyiqli su boruları sökülərək, onların yerinə 8 atmosfer təzyiqə davamlı, diametri 90 millimetr olan yeni və yüksək möhkəmliyə malik borular quraşdırılır. Həyata keçirilən tədbirlər nəticəsində su təchizatı sisteminin etibarlılığı artırılacaq, su itkiləri minimuma endiriləcək, Sirab kənd sakinlərinin fasiləsiz, təhlükəsiz və keyfiyyətli içməli su ilə təminatı daha da yaxşılaşacaq. Geri qayıt |