Əsas Səhifə > MILLI MƏCLİS > İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək


Bu gün, 11:09


İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada müvafiq elektron informasiya sistemində yaradılacaq.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişiklik təklfi edilir.

Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanun layihəsi Prezidentin 2026-cı il 19 mart tarixli 631 nömrəli "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanının icrası məqsədilə hazırlanıb.

Layihəyə əsasən, "Tibbi sığorta haqqında" qanuna icbari tibbi sığorta fondu anlayışının əlavə edilməsi nəzərdə tutulur.

Bununla bərabər icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, o cümlədən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılması təklif edilir.

Bildirilib ki, layihənin qəbul edilməsi nəticəsində icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi əsaslarının təkmilləşdirilməsi, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin elektron resept əsasında verilməsinin qanunvericiliklə tənzimlənməsi və icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması təmin ediləcək, habelə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində səlahiyyətlərin yenidən bölgüsünə uyğunlaşdırılacaq.


Geri qayıt