Əsas Səhifə > SİYASƏT > İşçi qrupların tərkibi təsdiqləndi - VACİB XƏBƏR
İşçi qrupların tərkibi təsdiqləndi - VACİB XƏBƏR21-03-2020, 21:55 |
Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı yaradılmış İşçi qrupların tərkibinin təsdiq edilməsi barədə” sərəncam imzalayıb. Şəffaflıq.az xəbər verir ki, sərəncama əsasən, Koronavirus pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib: İşçi Qrupun üzvləri Azərbaycan Respublikası Maliyyə nazirinin müavini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası Energetika nazirinin müavini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti. Bundan əlavə, Azərbaycan Respublikasında fəaliyyət göstərən koronavirus pandemiyasından zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə Maliyyə nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib: İşçi Qrupun rəhbərinin müavini Maliyyə nazirinin müavini İşçi Qrupun üzvləri Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Təhsil nazirinin müavini Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini BP Eksploreyşn (Kaspian Si) Ltd şirkətinin nümayəndəsi. Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib: İşçi Qrupun üzvləri Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası Maliyyə nazirinin müavini Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri. Koronavirus pandemiyası şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib: İşçi Qrupun üzvləri Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası Maliyyə nazirinin müavini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini Azərbaycan Banklar Assosiasiyasınnı sədri. Tərkibləri təsdiq edilən işçi qrupların işinə digər dövlət orqanlarının (qurumlarının) və özəl qurumların nümayəndələri cəlb edilə bilər. Qeyd edək ki, 4 işçi qrupunun yaradılması Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli sərəncamında nəzərdə tutulub. Baş Nazirin sərəncamı Azərbaycan Respublikası Prezidentinin sərəncamını icra etmək məqsədi ilə imzalanıb. Geri qayıt |