Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Venesueladakı zəlzələdə La-Quayra ştatının, demək olar, bütün dövlət qulluqçuları həlak olub

Venesueladakı zəlzələdə La-Quayra ştatının, demək olar, bütün dövlət qulluqçuları həlak olub


Bu gün, 10:20


Venesuelanın La-Quayra ştatının dövlət qulluqçularının böyük əksəriyyəti dağıdıcı zəlzələlər zamanı həyatını itirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Bolivar Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes bildirib.

"La-Quayrada bir çox qurumların rəhbərləri həyatını itirib, ən çox zərər çəkən bu ştatda, demək olar, bütün vəzifəli şəxslər həlak olub", - o, Karakasda keçirilən mətbuat konfransı zamanı bildirib.

Rodriqes əlavə edib ki, zəlzələlər 855-dən çox tikiliyə ziyan vurub, onların 127-si tamamilə dağılıb.

"İki əsas zəlzələdən sonra 800-dən çox afterşok qeydə alınıb", - o deyib. Rodriqes iyulun 3-də Venesuela hökumətinin dövlətin bərpasına yönəlmiş iqtisadi tədbirlər kompleksini təqdim etmək niyyətində olduğunu qeyd edib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Son məlumatlara görə, 2 295 nəfər təbii fəlakətin qurbanı olub.


Geri qayıt