Əsas Səhifə > İnfrastruktur > Naxçıvanda ictimai nəqliyyatda nağdsız ödəniş sistemi tətbiq ediləcək
Naxçıvanda ictimai nəqliyyatda nağdsız ödəniş sistemi tətbiq ediləcəkBu gün, 13:09 |
|
Naxçıvan Muxtar Respublikasında ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması çərçivəsində "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqi ilə bağlı təlimlərə başlayıb. Şəffaflıq.az xəbər verir ki, yeni sistem gediş haqlarının bank kartları və xüsusi nəqliyyat kartları vasitəsilə ödənilməsinə imkan yaradaraq ödəniş prosesini daha rahat, operativ və şəffaf edəcək. Layihənin uğurla həyata keçirilməsi məqsədilə avtobus sürücüləri və aidiyyəti əməkdaşlar üçün xüsusi təlimlər təşkil olunur. Təlimlər zamanı ödəniş terminallarından düzgün istifadə qaydaları, sərnişinlərə xidmət standartları, eləcə də yeni sistemin texniki və funksional xüsusiyyətləri barədə ətraflı məlumat verilir. İlkin mərhələdə nəqliyyat kartlarının satışı və kart balansının artırılması şirkətin şəhər ərazisində fəaliyyət göstərən bütün poçt şöbələrində həyata keçiriləcək. Gələcək mərhələlərdə isə bu xidmət şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Geri qayıt |