Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var


Bu gün, 10:00


Rusiya Ukraynanın Sumı və Zaporojye vilayətlərinə hücum edib, 6 nəfər ölüb, daha 37 nəfər xəsarət alıb.

Şəffaflıq.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi və Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

Milli Polisin məlumatına görə, Sumı vilayətində Rusiya hücumları nəticəsində 2 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

İ.Fyodorov bildirib ki, Rusiya qoşunları bir sutka ərzində Zaporojye vilayətinin 45 yaşayış məntəqəsinə 973 zərbə endirib. Zaporojyedə, eləcə də Zaporojye və Poloq rayonlarında hücumlar nəticəsində 4 nəfər həlak olub, daha 28 nəfər isə yaralanıb.

Bundan əlavə, vilayət rəhbərliyinin məlumatına görə, yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zərər gördüyünə dair 249 məlumat daxil olub.


Geri qayıt