Əsas Səhifə > Kriminal > Bakıda şok olay: 15 yaşlı qıza təcavüz edildi
Bakıda şok olay: 15 yaşlı qıza təcavüz edildi20-03-2020, 12:57 |
Bakının Nizami rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüz edən şəxsə cinayət işi açılıb. Şəffaflıq.az xəbər verir ki, Bakı sakini Əmrah Zeynalovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. İttihama görə, Əmrah Zeynalov 15 yaşlı Məlahət Babayeva (ad və soyad şərti verilib - red.) ilə cinsi əlaqədə olub. Daha sonra Məlahət Babayevanın valideynləri polisə şikayət edib. Şikayət əsasında Əmrah Zeynalov həbs edilib. Əmrah Zeynalovun barəsində olan cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.İş araşdırılması üçün hakim Ələddin Cəfərovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə qapalı məhkəmə iclası başlanacaq.Teleqraf.com Geri qayıt |