Əsas Səhifə > Maraqlı > Avtomobil sənayesi üçün qara günlər: “Hyundai”, “Honda”, “Toyota" və digər nəhənglər istehsalı dayandırır
Avtomobil sənayesi üçün qara günlər: “Hyundai”, “Honda”, “Toyota" və digər nəhənglər istehsalı dayandırır19-03-2020, 23:01 |
Artan koronavirusa yoluxmanın iqtisadi təsiri, otel və restoranlar kimi xidmət sahələrindən Atlantikanın hər iki tərəfindəki istehsal sektoruna keçir. Tarixçilər və sənaye mütəxəssislərinin sözlərinə görə, bu, 1940-cı illərdə kimi, ağır sənayenin sinxron bağlanmasına səbəb olacaq. ABŞ və Avropadakı avtomobil istehsalçıları, böhrana cavab olaraq, bu ilin əvvəlində qlobal tədarük zəncirlərini qapadaraq qlobal tənəzzülün baş verə biləcəyini deyirlər. Prezident Donald Tramp “görünməz düşmən”ə qarşı mübarizəyə rəhbərlik edən “müharibə başçısına” çevrilir. Trampın addımları arasında, Koreya müharibəsi dövründən qalan Müdafiə İstehsalı Qanununa görə, əlavə səlahiyyətlər var. Larri Kudlou, onun ən yaxşı iqtisadi məsləhətçisi “Fox News”-a bildirib ki, administrasiya artıq “General Motors Co” və digər avtomobil istehsalçıları ilə virusdan təsirlənmiş insanları müalicə etmək üçün həyati vacib olan sərinkeş istehsal etmə müzakirələri aparır. Belə bir addım 1940-cı illərdə görülən sənaye çevrilməsini əks etdirir, çünki o vaxtlar zavodlar avtomobil yerinə, döyüş üçün tank və silah istehsal edib. Həmin zamandan bəri mütəxəssislər qlobal avtomobil sənayesinin bu qədər böyük çevrilməsini xatırlamır. Avropada və ABŞ-da müəssisələrin bağlanması Çin, Yaponiya və Cənubi Koreya kimi digər böyük istehsalçı ölkələrdə də sənayenin qapadılması ilə üst-üstə düşür. Avtomobil Araşdırmaları Mərkəzinin tədqiqat rəhbəri Kristin Ciçek deyib: “Bilmirəm ki, yaxın tarixdə belə bir analoq var, ya yox. İkinci Dünya müharibəsi ən yaxşı bənzətmədir. Hər avtomobil istehsalçısı? Dünyanın hər bölgəsi? Belə şey heç olmayıb”. Yaxşı paralel Yel Universitetinin iqtisadiyyat tarixçisi Timoti Quinnan iddia edir ki, daha yaxşı paralel 1945-ci ildə müharibənin bitməsindən sonra baş verənlər, xüsusən müharibədən sonrakı Almaniya ola bilər. Quinnan ABŞ və Avropada davam edən bağlanışla müqayisədə, Çində altı həftəlik bağlanışdan sonra həyatın normala qayıtdığını iddia edir. Üstəlik, virusun ABŞ iqtisadiyyatına uzunmüddətli ziyan verəcəyi, ya verməyəcəyi hələ aydın deyil. “Virusdan qurtulan kimi, bir həftədə normal vəziyyətə gələcəyik. Deməli, bu, müharibə dövrünə oxşamır”. Bu, nikbin baxış ola bilər. “JPMorgan Chase & Co.” iqtisadçıları müştərilərə qlobal yavaşlama ilə əlaqədar bu açıqlamanı verirlər: “Yer kürəsinin fırlanmadığı gün”. “Rekord uzunluqda qlobal enişin bu rüb başa çatacağına şübhə yoxdur”, – deyə onlar yazıblar. Kristin Ciçek təkcə bir həftədə ABŞ avtosalonlarında satışın dayanmasının nəticəsini deyir: 94.400 iş yeri, 7.3 milyard dollar şəxsi gəlir və 2 milyard dollar vergi gəlirinin itirilməsi. Bu dəfə avtomobil sektoruna vurulan zərər bağlanmaların nə qədər davam edəcəyindən asılı olacaq. Ciçek dünya avtomobil sektorunun 2008-ci ildəki vəziyyətdən daha yaxşı formada olduğunu söyləyib. Ticarət müharibələri Bağlanmalardan əlavə hələ 2019-da Trampın ticarət müharibələri və tariflərin təchizat zəncirlərinə təsiri və s. görə investisiyalar azalıb. Avropanın sənaye nəhəngi Almaniya koronavirus böhranı başlamazdan əvvəl tənəzzülün kənarında idi. Gələcək qarışıq görünür. Çində məhsul istehsalı, rəsmi məlumatlara görə, bir ilin yanvar və fevral aylarında 15,7% azalıb. Nəticə budur ki, Çinin 1976-cı ildən, Mao Zedonun öldüyü və Mədəni İnqilabın bitdiyi ildən bəri ən ləng böyüməsinin qeydə alınacağı gözlənilir. Almaniyada avtomobil şirkətlərinin təxminən iki həftə bağlanacağı gözlənilir ki, bu da işçilərdə əhəmiyyətli bir dislokasiyaya səbəb olur. “Volkswagen AG” Avropanın ən böyük sənaye şirkətidir və qitədəki zavodlarında təxminən 475.000 insan çalışır. ABŞ-da bağlamalar, “Hyundai Motor Co”, “Honda Motor Co” və “Toyota Motor Corp” ilə, Detroyt üçlüyü xaricinə yayılıb, “VW” Tennessi zavodunu bağlayıb. Təchizatçı şəbəkələri Avtomobil istehsalçılarının Çində bağlanması nəticəsində artıq sarsılan geniş təchizatçı şəbəkələri də təsirlənir. Bir işçidə virus üçün müsbət test müəyyən edildikdən sonra “Ford” Çikaqodakı zavodunu bağlamaq məcburiyyətində qalıb. Alabamadakı “Mercedes-Benz” zavodunda menecerlər Avropadan gələn hissələr çatışmazlığı səbəbinə görə istehsalın tezliklə dayandırılması xəbərdarlığı ediblər. ABŞ-da avtomobil zavodlarının bağlanmasına səbəbi iqtisadi deyil. “Detroyt” avtomobil istehsalçıları virusun yayılmaması ilə bağlı fəhlələrin tələbini qəbul edib. “GM”, “Ford Motor Co.” və “Fiat Chrysler Automobiles NV” istehsalın mart ayının sonunadək dayandırılacağını söyləyib. “Qorxmuş və əsəbi” “Fiat Chrysler”-in 2 işçisi – biri İndianadakı ötürmə stansiyasında, digəri Miçiqandakı yük maşını zavodunda virusa yoluxub; “Ford” və “GM” də iki oxşar hadisəni təsdiqləyib. “Üzvlərimiz qorxur, əsəbiləşirlər və aralarında çaxnaşma var”, – deyə LaŞon İnqliş, Miçiqan ştamplama zavodunda “Fiat” işçilərinin təmsilçisi şirkət prezidenti Mayk Manliyə yazıb. – Bu gün istehsalını müvəqqəti dayandırmağınız üçün yalvarırıq”. Avtosalonlarda çalışanlar daha səbirlidirlər. “UAW Local 12”-nin prezidenti Bryus Baumhover bildirib: “Sonrakı iki həftə ərzində işlər daha da pisləşərsə, bu cür mühitdə iş vaxtı fikri cəmləmək çətin olacaq”. Şəffaflıq.az Geri qayıt |