Əsas Səhifə > HƏRBİ > İtaliya Hərbi Dəniz Qüvvələrinin komandanı azərbaycanlı kursantı təltif edib
İtaliya Hərbi Dəniz Qüvvələrinin komandanı azərbaycanlı kursantı təltif edibBu gün, 16:00 |
|
Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dəniz fakültəsini fərqlənmə diplomu ilə bitirən kursant Əlikram Əkrəm oğlu Abbaslı İtaliya Hərbi Dəniz Qüvvələri komandanı, admiral Quzeppe Berutti Berqotto tərəfindən imzalanmış sertifikat və xatirə hədiyyəsi ilə təltif olunub. Şəffaflıq.az xəbər verir ki, mərasim Azərbaycan və İtaliya müdafiə nazirləri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu çərçivəsində baş tutub. Sertifikatı və "Şərəf qılıncı"nı kursanta İtaliyanın Azərbaycandakı hərbi attaşesi, 1-ci dərəcəli kapitan Canfranco Viççini təqdim edib Geri qayıt |