Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ali Məhkəmə qərar verdi - Məhkəmə işləri təxirə salınır
Ali Məhkəmə qərar verdi - Məhkəmə işləri təxirə salınır19-03-2020, 22:51 |
Martın 19-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclası keçirilib. Ali Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, iclasda “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Qərar qəbul edilib. Qərarda Azərbaycan Respublikasının bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması tövsiyə edilib. Məhkəmələrə, həmçinin İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunub. Qərar martın 20-dən aprelin 20-dək qüvvədə olacaq. Şəffaflıq.az Geri qayıt |