Əsas Səhifə > REGİON > Türkiyədə bütün idman yarışları təxirə salındı - RƏSMİ
Türkiyədə bütün idman yarışları təxirə salındı - RƏSMİ19-03-2020, 22:47 |
Türkiyədə bütün idman tədbirləri koronavirus pandemiyasına görə təxirə salınıb. Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu mətbuata açıqlamasında deyib. Nazir bildirib ki, qərar federasiya prezidentləri ilə bugünkü görüşdə qəbul olunub. Onun sözlərinə görə, ölkədə keçirilən bütün idman yarışları növbəti xəbərdarlığa qədər dayandırılıb. Geri qayıt |