Əsas Səhifə > REGİON > ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir

ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir


Dünən, 23:18


ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresin etirazlarına baxmayaraq, Türkiyəyə yüz milyonlarla dollar dəyərində reaktiv mühərriklərin satışını təsdiqləməyi planlaşdırır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən bildirib.

Söhbət Ankaranın müdafiə sahəsində özünütəminat qabiliyyətini artırmaq səyləri çərçivəsində 2016-cı ildə başlanmış irimiqyaslı layihə olan ilk Türkiyə qırıcı təyyarəsi "Kaan"da istifadə olunacaq "General Electric" mühərriklərindən gedir.

Mənbələrdən birinin məlumatına görə, paketin dəyəri 700 milyon dollardan çox ola bilər.

Sövdələşmə bu ilin iyul ayında keçiriləcək NATO sammiti ərəfəsində atılmış mühüm addım kimi qiymətləndirilir.


Geri qayıt