Əsas Səhifə > Hadisə > Xaçmazda evlərdən 50 min manatlıq oğurluq olub
Xaçmazda evlərdən 50 min manatlıq oğurluq olubBu gün, 12:06 |
|
Xaçmazda evlərdən və hoteldən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə rayon ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Calal Səfərəliyev və tanışı, 29 yaşlı Çingiz Məmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər daxil olduqları mənzillərdən zinət əşyaları, saatlar və elektron avadanlıqlar oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 50 min manata yaxın maddi ziyan vurublar. Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə Xaçmaz rayonu ərazisində yerləşən hotellərin birindən və evlərdən oğurluq etməkdə şübhəli bilinən 42 yaşlı Rəşad Kərimov da saxlanılıb. Onun daxil olduğu məkanlardan 2 ədəd mobil telefon, nağd pul və plastik kartlar oğurladığı müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Şəffaflıq.az Geri qayıt |