Əsas Səhifə > ELM VƏ TƏHSİL > BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb

BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb


Bu gün, 13:25


Tədris ili ərzində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 531 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.


Şəffaflıq.az


Geri qayıt