Əsas Səhifə > SİYASƏT > Allahşükür Paşazadə Mavrikidə beynəlxalq tədbirdə iştirak edəcək
Allahşükür Paşazadə Mavrikidə beynəlxalq tədbirdə iştirak edəcəkBu gün, 11:12 |
|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının Mavrikidə keçiriləcək "Müştərək mübarək tərəqqiyə doğru yolların qurulması" mövzusunda toplantısında iştirak edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə QMİ-dən bildirilib. 23-26 iyun tarixlərində baş tutacaq səfər "Dinlər Sülh uğrunda"təşkilatının Baş Katibi Dr. Frensis Kurianın dəvəti ilə baş tutur. Şeyxülislam ötən il "Dinlər Sülh uğrunda" təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilib və builki toplantıda məhz bu statusda iştirak edəcək. A. Paşazadə toplantının açılışında çıxış edəcək, "Süni İntellekt - İnsan Hüquqları, Ləyaqəti və Süni İntellektin Çoxdinli Perspektivləri" sessiyasında moderator olacaq. Beynəlxalq tədbir çərçivəsində QMİ sədri A. Paşazadənin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur. Geri qayıt |