Əsas Səhifə > Hadisə > Ötən həftə 593 yanğına çıxış olub, 7 meyit aşkarlanıb
Ötən həftə 593 yanğına çıxış olub, 7 meyit aşkarlanıbBu gün, 10:23 |
|
Ötən həftə 593 yanğına çıxış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 593 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 42 nəfər xilas edilib, yanğın zamanı 44 nəfər təxliyə olunub, 7 nəfərin meyiti təhvil verilib. Şəffaflıq.az Geri qayıt |