Əsas Səhifə > SİYASƏT > Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir


Bu gün, 12:00


Borc müqaviləsi və onun şərtləri tərəflərin hər hansı yazılı sübutlara istinad etməsi ilə təsdiqlənməlidir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında qərar qəbul edilib.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Qərara əsasən, Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş "başqa hal"a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Milli Məclisə tövsiyə olunub.

Qərarda həmçinin vurğulanıb ki, məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.

Bundan başqa, qərar mülki dövriyyənin sabitliyinin təmin olunması üçün fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə də şamil ediləcək.


Geri qayıt