Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunubBu gün, 10:12 |
|
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Romada italiyalı həmkarı Alessandro Ciuli ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, söhbət zamanı Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Görüşdə mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, kinematoqrafiya, musiqi və ifaçılıq sənəti sahələrində birgə layihələrin həyata keçirilməsi, həmçinin mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin prioritetləri, mədəni diplomatiyanın gücləndirilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə həmkarına məlumat verib. Tərəflər qarşılıqlı mədəniyyət günlərinin, sərgi və konsert proqramlarının təşkili, peşəkar mübadilə layihələrinin həyata keçirilməsi və mədəniyyət sahəsində institusional əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, nazirlər mədəni əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsində və birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər. Görüşdə mədəniyyət sahəsində layihələrin icrası ilə bağlı tədbirlər planı da müzakirə olunub. Şəffaflıq.az Geri qayıt |