Əsas Səhifə > SİYASƏT > Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb
Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıbBu gün, 13:10 |
|
"Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb. Şəffaflıq.az xəbər verir ki, dünyanın 30-a yaxın ölkəsindən ombudsmanlar, milli insan hüquqları institutlarının nümayəndələri, beynəlxalq təşkilatlar, dövlət qurumları və ekspertlər bir araya gələrək süni intellektin insan hüquqlarına təsiri, etik çağırışlar və gələcəyin məsuliyyətləri barədə fikir mübadiləsi aparacaqlar. Sammitdə "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər", "Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə", Süni intellektin əmək bazarına və məşğulluğa təsiri, "Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik", "Rəqəmsal savadlılıq və insan hüquqlarının qorunması" mövzularında panel müzakirələr olacaq. Sammitin sonunda Süni İntellekt və İnsan Hüquqları üzrə Bakı Bəyannaməsinin qəbulu gözlənilir. Geri qayıt |