Əsas Səhifə > Hadisə > Neft Emalı Zavodundakı yanğın söndürülüb

Neft Emalı Zavodundakı yanğın söndürülüb


Bu gün, 13:06


Neft Emalı Zavodundakı yanğın söndürülüb.

Bu barədə SOCAR Downstream MMC-dən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saat 08:30 radələrində Neft Emalı Zavodunun 31 saylı Katalitik Reforminq Qurğusunda yerləşən 211/1 saylı isti dəyişdiricinin üst qapaq hissəsində buraxılış nəticəsində yanğın hadisəsi baş verib.

Hadisə dərhal nəzarətə götürülüb və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb.

Zavodun fəaliyyəti təhlükəsizlik tələblərinə uyğun şəkildə davam etdirilir və istehsalat prosesində hər hansı fasilə müşahidə olunmur.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt