Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Almaniya Ukraynaya 200 milyon dollar ayıracaq
Almaniya Ukraynaya 200 milyon dollar ayıracaqBu gün, 12:49 |
|
Almaniya PURL mexanizmi çərçivəsində Ukraynaya 200 milyon dollar ayıracaq. Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ölkə ABŞ-nin silah və sursatlarının alınmasının maliyyələşdirildiyi PURL mexanizminə artıq dördüncü dəfədir ki, qoşulur. Almaniya hava hücumundan müdafiə sistemləri üçün zəruri sursatlara vəsait ayıracaq. Bundan əlavə, B.Pistorius qeyd edib ki, Almaniya "Patriot" sistemləri üçün raketlərin alınmasını nəzərdə tutan "Jumpstart" proqramını dəstəkləyəcək: "Biz həmçinin 200 milyon dollar ayıraraq "PAC-3" raketlərinin alınması prosesinə qoşulmağa razılaşdıq". Geri qayıt |