Əsas Səhifə > SİYASƏT > İƏT Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa dəstəyini müsbət qarşılayıb
İƏT Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa dəstəyini müsbət qarşılayıbBu gün, 12:47 |
|
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Ofisi ilə sıx əməkdaşlığı inkişaf etdirir, insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində ortaq prioritetləri bölüşür. Şəffaflıq.az xəbər verir ki, bu barədə komissiyanın icraçı direktoru Hadi bin Əli Əl-Yami Ombudsmanların Beynəlxalq Bakı Sammitində bildirib. O, həmçinin Azərbaycanla imzalanmış texniki əməkdaşlıq üzrə Anlaşma Memorandumunu mühüm addım adlandırıb. Onun sözlərinə görə, bu sənəd qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də institusional əməkdaşlığın gücləndirilməsi üçün zəmin yaradır və insan hüquqlarının müdafiəsi sahəsində birgə səylərin səmərəliliyini artırır. Əl-Yami həmçinin Bakıda keçirilən ombudsmanlar sammitinin mövzusuna toxunaraq, onun texnoloji inqilabın fundamental bəşəri dəyərlərlə kəsişdiyi aktual mərhələni əks etdirdiyini vurğulayıb. "Hesab edirəm ki, bəşəriyyətin gələcəyi maşınlardan daha çox, onların istifadəsini istiqamətləndirən dəyərlərlə və sürətli dəyişikliklər şəraitində insanların bir-biri ilə necə qarşılıqlı fəaliyyət göstərməsi ilə formalaşır. Buna görə də süni intellekt cəmiyyətin və onun inkişafının əsasını təşkil edən insan münasibətlərinin əvəzləyicisi deyil, kommunikasiyanı və insan həmrəyliyini gücləndirmək üçün bir alət - xalqlar və mədəniyyətlər arasında bir körpü olaraq qalmalıdır", - icraçı direktor əlavə edib. Geri qayıt |