Əsas Səhifə > Dünya > ÜST-nin əməkdaşları koronavirusa yoluxdu

ÜST-nin əməkdaşları koronavirusa yoluxdu


17-03-2020, 22:00

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2 əməkdaşına koronavirus diaqnozu qoyulub.

Şəffaflıq.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Kristian Lindmayer məlumat verib.

“Əməkdaşlarımız ofisdən ayrıldıqdan sonra onlarda evdə xəstəliyin simptomları aşkarlanıb və bunun COVID-19 olduğu təsdiqlənib. İki əməkdaşımızın koronavirusa yoluxduğu aydınlaşıb”, - o deyib.



Geri qayıt