Əsas Səhifə > Hadisə > Göyçayda güclü külək və leysan yağışı ciddi fəsadlar törədib

Göyçayda güclü külək və leysan yağışı ciddi fəsadlar törədib


Bu gün, 11:23


Göyçay rayonunda müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlar törədib.

Şəffaflıq.az xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən iri gövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb.

Bundan başqa güclü külək Yeniarx kəndini işıqsız qoyub. Kənd sakinlərinin sözlərinə görə, təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib.

Eyni zamanda bir vətəndaşa məxsus minik avtomobili aşan ağacın aşmasından zədələnib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır, dəymiş ziyanın həcmi dəqiqləşdirilir.


Geri qayıt