Əsas Səhifə > Hadisə > Zaqatalada avtomobil aşıb, ölən var

Zaqatalada avtomobil aşıb, ölən var


Bu gün, 11:04


Zaqatalada avtomobil aşması nəticəsində bir nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, Osmanov Əli Osman oğlu idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə Muxax kəndi ərazisində avtomobilini aşırıb. Nəticədə aldığı xəsarətlərdən sürücü ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Geri qayıt